14 avqust 2013 15:41
Qarabağın zədəliləri geri döndü
“Qarabağ” məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 2-ci turunda “Sumqayıt”la qarşılaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandaya 2 günlük istirahət vermişdi.
Amma komanda heç də tam heyətlə hazırlığa başlamayıb. Rəşad Sadıqov, Qara Qarayev, Bədavi Hüseynov, Maksim Medvedev Azərbaycan, Nikolas Gelaşvili Gürcüstan, Ulrix Kapolonqo Konqo, Admir Teli və Ansi Aqolli isə Albaniya millisinə çağrılıb.
Sevindirici haldı ki, “Qarabağ”da zədəlilər geri dönür. Vüqar Nadirov və Riçard Almeyda artıq komandayla məşqlərə başlayıb.
“Qarabağ”ın 2-ci məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq.
