14 avqust 2013 15:54
İnter - AZAL matçının başlama saatı dəyişdirildi
Topaz Premyer Liqasının və əvəzedici heyətlərin 3-cü turunun “İnter” – AZAL oyunlarının başlama vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən oyunlar aşağıdakı tarixdə və saatlarda keçiriləcək:
Əvəzedicilərin çempionatı
3-cü tur
17 avqust (şənbə)
“İnter” – AZAL
Bakı. “Şəfa” stadionu, 17:00
Topaz Premyer Liqası
3-cü tur
18 avqust (bazar)
“İnter” – AZAL
Bakı. “Şəfa” stadionu, 20:00.
