14 avqust 2013 16:10

Qədirovun köməkçiləri məlum oldu

Artıq "Rəvan”dakı fəaliyyətinə rəsmən başlayan yeni baş məşqçi Vladislav Qədirovun məşqçilər korpusunda yer alacaq yeni simaların adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, 42 yaşlı mütəxəssisə Azərbaycan futbolunun məşhur simaları - Fərrux İsmayılovla Xəqani Məmmədov yardım edəcək.
 
Fərrux İsmayılov karyerası ərzində "Dinamo”, "Neftçi”, "Sanat Neft” (İran), "Volın” (Ukrayna), "Qarabağ”, "Karvan”, "MKT Araz”, "Olimpik” və "Qəbələ” klublarında oynayıb. O, futbolçu kimi son olaraq məhz Qədirovun rəhbərliyi altında "Muğan”da çıxış edib. Azərbaycan milli komandasında 34 oyuna 4 qol vuran futbolçu karyerasını bitirəndən sonra məşqçi kimi də fəaliyyət göstərib. O, "Bakı” klubunun aşağı yaş qruplarında işləyib.
 
Karyerası boyunca "Neftçi”, OİK, "ANS Pivani”, "Şəmkir”, "Maşınsazi” (İran), "Xəzər-Lənkəran”, "Olimpik”, "İnter” kimi klublarda top qovan Xəqani Məmmədov da Azərbaycan milli komandasının formasını geyinib və 20 oyuna 1 qol vurub. O, məşqçilik karyerasına 2011-ci ildə Bakı "İnter”ində başlayıb və paytaxt təmsilçisinin 11 yaşa qədər futbolçulardan ibarət komandasına rəhbərlik edib. Daha sonra isə "Qəbələ" Futbol Akademiyasında çalışıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.