14 avqust 2013 16:23
AFFA klublardan idarə heyəti yaratmağı tələb etdi
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri bir sıra məsələləri müzakirəyə çıxarıb və müxtəlif qərarlar qəbul edilib.
İcraiyyə Komitəsi Topaz Premyer Liqasında çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə Heyəti yaradılmasına qərar verib. Bununla əlaqədar klubların yeni strukturu və İdarə Heyətinin üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunması üçün baş katibliyə təqdim edilməlidi.
İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunmalıdı. Bu strukturun formalaşması üçün AFFA tərəfindən lazımi köməklik göstəriləcək və proses 2013-cü ilin sonundək başa çatdırılacaq.
