14 avqust 2013 16:05
Azərbaycan çempionatlarında Yaşıl kart tətbiq olunacaq!
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri bir sıra məsələləri müzakirəyə çıxarıb və müxtəlif qərarlar qəbul edilib.
İcraiyyə Komitəsi AFFA-nın bütün uşaq liqalarında “Yaşıl kart” qaydasının tətbiqinə qərar verib. Feyr-pley qaydalarına daha çox əməl edən futbolçular (AFFA-nın bütün liqaları və Topaz Premyer Liqası klublarının futbolçuları) və klub AFFA ilin sonunda tərəfindən mükafatlandırılacaq.
