14 avqust 2013 16:31
AFFA 9 veterana təqaüd ayırdı
Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri bir sıra məsələləri müzakirəyə çıxarıb və müxtəlif qərarlar qəbul ediblər.
İcraiyyə Komitəsi AFFA-nın Futbol Veteranları Fondunun birinci dərəcəli təqaüdü təsis olunmasına və bununla bağlı Əsasnaməyə əlavə təsdiq edilməsinə qərar verib.
Həmçinin 9 nəfərə AFFA-nın xüsusi təqaüdünün verilməsi barədə də qərar verilib. Həmin veteranlar bunlardı:
Ələkbər Məmmədov, Kazbek Tuayev, Ağasəlim Mircavadov, Rüstəm Rəhimov, Əhməd Ələsgərov, Çingiz İsmayılov, Valeri Hacıyev, Yaşar Babayev, Mübariz Zeynalov.
