14 avqust 2013 16:37
AFFA-dan məşqçilər üçün yeni tələb!
Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri bir sıra məsələləri müzakirəyə çıxarıb və müxtəlif qərarlar qəbul ediblər.
İcraiyyə Komitəsi AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qruplarından ibarət liqalarda bütün uşaq komandalarının baş məşqçilərinin minimum C lisenziyalı məşqçi kateqoriyası (Topaz Premyer Liqası klublarının nəzdindəki uşaq komandalarının baş məşçisinin kateqoriyası lisenziyalaşdırma qaydalarına əsasən tənzimlənir) almasına qərar verib.
Kurslarda təhsil haqqı AFFA tərəfindən ödəniləcək. Bunun üçün 6 ay müddət nəzərdə tutulur.
