14 avqust 2013 16:44

AFFA İcraiyyə Komitəsinin çıxardığı bütün qərarlar! (FOTOLAR)

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. Birinci Diviziondan Topaz Premyer Liqasına 1 komanda yüksəlsin, müvafiq olaraq, Topaz Premyer Liqasından Birinci Diviziona bir komanda düşsün.
 
2. Topaz Premyer Liqasında çıxış edən bütün klublarda minimum 5 nəfərdən ibarət İdarə Heyəti yaradılsın. Bununla əlaqədar klubların yeni strukturu və İdarə Heyətinin üzvləri AFFA rəhbərliyi tərəfindən təsdiq olunması üçün baş katibliyə təqdim edilsin. İdarə Heyətinin tərkibində bir veteran futbolçunun iştirakı ödənişli əsaslarla təmin olunsun. Bu strukturun formalaşması üçün AFFA tərəfindən lazımi köməklik göstərilsin və proses 2013-cü ilin sonundək başa çatdırılsın.
 
3. Topaz Premyer Liqasında çıxış edən klubların nəzdində U-19 komandası yaradılsın və AFFA tərəfindən keçirilən U-19 Liqasında iştirakı təmin edilsin.
 
4. “Araz” (Naxçıvan) klubunun Birinci Divizionda çıxışı ilə bağlı müraciəti təmin edilsin və klubların “Araz” klubu ilə səfər oyunu üçün Naxçıvana gediş-gəliş xərci AFFA tərəfindən ödənilsin.
 
5. AFFA-nın U-12 Liqası yaradılsın.
 
6. AFFA-nın bütün uşaq liqalarında “Yaşıl kart” qaydası tətbiq olunsun. FAIR PLAY qaydalarına daha çox əməl edən futbolçular (AFFA-nın bütün liqaları və Topaz Premyer Liqası klublarının futbolçuları) və klub AFFA ilin sonunda tərəfindən mükafatlandırılsın
 
7. Birinci Divizionda çıxış edən futbolçuların limiti 2013-2014-cü il mövsümündən etibarən 6 nəfər 21 yaşadək yerli futbolçu sistemi ilə tətbiq olunsun.
 
8. AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qruplarından ibarət liqalarda bütün uşaq komandalarının baş məşqçiləri minimum C lisenziyalı məşqçi kateqoriyasına (Topaz Premyer Liqası klublarının nəzdindəki uşaq komandalarının baş məşçisinin kateqoriyası lisenziyalaşdırma qaydalarına əsasən tənzimlənir) malik olmalıdır. Kurslarda təhsil haqqı AFFA tərəfindən ödəniləcək. Bunun üçün 6 ay müddət nəzərdə tutulur.
 
9. Topaz Premyer Liqasının 2014-2015-ci il mövsümündən başlayaraq limit 6 (legioner) + 5 (yerli) sistemi ilə tətbiq olunsun və 5 yerli futbolçudan 2-si 21 yaşadək olmalıdır.
 
10. “Gəncə” klubunun Birinci Divizionda iştirakı təmin edilsin və AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov kluba AFFA tərəfindən kurator təyin olunsun.
 
11. AFFA-nın Futbol Veteranları Fondunun I dərəcəli təqaüdü təsis olunsun və bununla bağlı Əsasnaməyə əlavə təsdiq edilsin (Əsasnaməyə əlavə AFFA-nın saytında yerləşdiriləcək).
 
12. Aşağıdakı şəxslərə AFFA-nın xüsusi təqaüdü verilsin:
 
1. Ələkbər Məmmədov
 2. Kazbek Tuayev
 3. Ağasəlim Mircavadov
 4. Rüstəm Rəhimov
 5. Əhməd Ələsgərov
 6. Çingiz İsmayılov
 7. Valeri Hacıyev
 8. Yaşar Babayev
 9. Mübariz Zeynalov

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.