14 avqust 2013 16:53

AFFA-nın əsasnaməsinə də əlavələr edildi

AFFA İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə I dərəcəli təqaüdün verilməsi barədə əlavə edlib. Azerisport.az sizi həmin əlavələrlə tanış edir:
 
Futbol veteranlarına AFFA-nın I dərəcəli təqaüdünün verilməsi barədə AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə əlavə
 
Futbol veteranlarına AFFA-nın I dərəcəli təqaüdünün verilməsi qaydalarının müəyyənləşdirilməsi məqsədilə AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə aşağıdakı əlavə və dəyişikliklər olunur:
 
1. AFFA-nın I dərəcəli təqaüdçüsü yalnız SSRİ çempionatının Yüksək liqasında "Neftçi" komandasının əsas heyətində ən azı bir mövsüm çıxış etmiş, 63 yaşa çatmış, Azərbaycan Respublikasının vətəndaşı və onun ərazisində yaşayan, habelə futbol sahəsində sosial və təhsil fəaliyyəti ilə məşğul olan şəxs ola bilər.
 
2. AFFA-nın I dərəcəli təqaüdçüsü milli yığma komandaların baş məşqcisı, dünya və Avropa çempionatlarının seçmə və final mərhələsində, habelə Olimpiya oyunlarında çıxış etmiş, o cümlədən dövlət tərəfindən mükafatlandırılmış şəxs ola bilər.
 
3. AFFA-nın I dərəcəli təqaüdçüsü milli yığma komandanın əsas heyətində dünya və Avropa çempionatının seçmə və final mərhələlərində 50 və daha artıq oyun kecirmiş Azərbaycan Respublikasının vətəndaşı və onun ərazisində yaşayan şəxs ola bilər.
 
4. AFFA-nın I dərəcəli təqaüdçüsü SSRİ çempionatının Yüksək liqasında "Neftçi" komandasının əsas heyətində ən azı bir mövsüm çıxış etmiş və karyerasını başa vurduqdan sonra uzun müddət futbol hakimi kimi SSRİ yarışlarında, habelə FIFA və UEFA turnirlərində fəaliyyət göstərmiş şəxs ola bilər.
 
5. AFFA-nın I dərəcəli təqaüdçüsü yalnız SSRİ çempionatının Yüksək liqasında "Neftçi" komandasının əsas heyətində ən azı bir mövsüm çıxış etmiş, 63 yaşa çatmış, Azərbaycan Respublikasının vətəndaşı və onun ərazisində yaşayan, habelə futbol sahəsində sosial və təhsil fəaliyyəti ilə məşğul olan, gənclər arasında SSRİ, dünya və Avropa çempionatlarında yüksək nailiyyətlərə nail olmuş şəxs ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.