14 avqust 2013 17:46
UEFA Ukrayna klubunu ÇL-dən kənarlaşdırdı
UEFA Ukraynanın “Metallist” (Xarkov) klubunu Çempionlar Liqasından kənarlaşdırıb. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Səbəb isə Ukrayna klubunun danışılmış oyunlarda iştirakı olub. 2008-ci il aprelin 19-da Ukrayna Premyer Liqası çərçivəsində baş tutan “Metallist” – “Karpatı” matçında nəticənin əvvəlcədən razılaşdırıldığı təsdiqlənib.
Qitənin ali futbol qurumunun qərarı yalnız cari 2013/14 mövsümünü əhatə edir. “Metallist” UEFA-nın qərarından Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.
Qeyd edək ki, “Metallist” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Xarkov təmsilçisi qrup mərhələsinə vəsiqə uğrunda Almaniyanın “Schalke” klubu ilə qarşılaşmalı idi.
