16 avqust 2013 00:32
Branimir Subaşiçin nömrə seçimi bəlli oldu
Türkiyənin “Orduspor” klubunun futbolçuları növbəti mövsümdə hansı nömrələr altında çıxış edəcəklərinə tam aydınlıq gətiriblər. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sözügedən komandanın şərəfini qoruyacaq futbol üzrə Azərbaycan millisinin forvardı Branimir Subaşiçin də nömrə seçimi bəlli olub. Serb əsilli milliləşən futbolçumuz ona doğma olan 20 nömrəsini seçib.
Qeyd edək ki, “Orduspor” yeni mövsümdə Türkiyənin PTT Birinci Liqasında çıxış edəcək.
