15 avqust 2013 11:52
Qəbələnin oyunçusu Finlandiya ilə qarşılaşmada 90 dəqiqə meydanda oldu
Futbol üzrə Sloveniya yığması ötən gecə növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, sözügedən komanda Finlandiya ilə qarşılaşıb.
Görüş finlərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyunda “Qəbələ”nin müdafiəçisi Deyan Kelhar da iştirak edib. O, 90 dəqiqə meydanda olsa da, komandasının məğlubiyyətinə mane ola bilməyib.
