15 avqust 2013 12:03
Bakının oyunçuları Lüksemburq ilə bacarmadılar
Futbol üzrə Litva yığması ötən gecə növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, sözügedən komanda Lüksemburq ilə qarşılaşıb.
Lüksemburqda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyunda “Bakı”nın iki futbolçusu da çıxış edib. Belə ki, Litva millisinin şərəfini qoruyan Mindauqas Kalonas meydana start heyətdə çıxıb və 75-ci dəqiqədə əvəzlənib. Deyvidas Çesnauski isə 34-cü dəqiqədə meydana buraxılıb və sonadək mübarizə aparıb.
