15 avqust 2013 12:27
Eintracht klubunun rəsmiləri Bakıya gəldilər
Almaniyanın “Eintracht” klubunun rəsmiləri Azərbaycana gəliblər. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Frankfurt təmsilçisinin nümayəndələri Bakıda keçiriləcək oyun öncəsi zəruri məsələləri yoluna qoymaq üçün ölkəmizə təşrif buyurublar.
Belə ki, almaniyalı qonaqlar bu gün matçın keçirilməli olduğu Tofiq Bəhramov adına Respublika stadionuna baxış keçirəcəklər. Eləcə də “Eintracht” rəsmiləri Bakıya səfər zamanı komandanın məskunlaşacağı oteli seçməlidilər.
Qeyd edək ki, “Qarabağ”ın rəqibi Bakıya oyundan iki gün öncə gəlməyi planlaşdırır. Bu komandalar arasındakı ilk oyun avqustun 22-də Bakıda, cavab görüşü isə ayın 29-da Frankfurtda keçiriləcək.
