15 avqust 2013 12:45
Rüfət Dadaşov: Baş məşqçi məni meydana buraxmaq istəmirsə, nə edə bilərəm?
Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın “Kaiserslautern” klubunun hücumçusu Rüfət Dadaşovun azerisport.az saytına müsahibəsi
- Malta üzərində qələbə barədə nə deyə bilərsiz?
- Çox yaxşı oynadıq. Vahid bir komanda kimi mübarizə apardığımız görünürdü. Qələbə qazanmaq istəyimiz çox idi. Amma rəqib komanda da pis oynamadı. Onlar hələ hesab 0:1 olarkən çox təhlükəli əks-hücumlar təşkil edirdilər. Buna imkan verməməliydik.

- Malta ilə oyunda dubl etdiniz və altı oyuna üçüncü qolunuzu vurmuş oldunuz. Seçmə mərhələ oyunlarında da qol vurmağı düşünmürsüz?
- Hələlik cəmi bir rəsmi oyunda meydana çıxmaq şansı qazanmışam. Amma rəsmi oyunlarda da qol vurmağı çox istəyirəm.
- Hələlik cəmi bir rəsmi oyunda meydana çıxmaq şansı qazanmışam. Amma rəsmi oyunlarda da qol vurmağı çox istəyirəm.
- Siz əvəzlənərkən sanki nədənsə narazı idiniz...
- Xeyr, mən çox razı idim (gülür). Sadəcə, yorulmuşdum. Görünür, ona görə kənardan elə hiss olunub.
- Sizcə, İsraillə oyunda qol vura biləcəksiz?
- İstənilən rəqibə qol vurmaq olar.
- İstənilən rəqibə qol vurmaq olar.
- Amma onların müdafiə xətti maltalılarınkından daha güclüdü...
- Əlbəttə. Amma mən şəxsən İsrailə də qol vurmağı çox istəyirəm.
- Klubdakı işləriniz o qədər də yaxşı getmir. Təsadüfi hallarda oynayırsız, onda da sonradan meydana daxil olursuz. Səbəb nədi?
- Bilmirəm. “Kaiserslautern”dən soruşun (gülür).
- Bilmirəm. “Kaiserslautern”dən soruşun (gülür).
- Klubunuzda əsas heyət oyunu olmaq istəmirsiz?
- Kimin nə vaxt oynayacağına baş məşqçi qərar verir. Mən sadəcə məşq edirəm və özümü göstərməyə çalışıram.
- Kimin nə vaxt oynayacağına baş məşqçi qərar verir. Mən sadəcə məşq edirəm və özümü göstərməyə çalışıram.
- “Kaiserslautern”dəki indiki durumunuz sizi qane edir?
- Əlbəttə ki, yox. Mən daha çox oynaya bilərəm. Amma bu imkanı yaratmırlar. Bir halda ki, baş məşqçi məni meydana buraxmaq istəmir, o zaman nə edə bilərəm?
- Əlbəttə ki, yox. Mən daha çox oynaya bilərəm. Amma bu imkanı yaratmırlar. Bir halda ki, baş məşqçi məni meydana buraxmaq istəmir, o zaman nə edə bilərəm?