15 avqust 2013 12:59
Elçin Məmmədov Avroliqanın pley-off oyununa təyinat aldı
UEFA-nın Klubların lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin assistenti Elçin Məmmədov UEFA Çempionlar Liqasının pley-off oyununa təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, o, pley-off mərhələsi çərçivəsində avqustun 20-də, Astana şəhərində keçiriləcək "Şaxtyor" (Karaqandı, Qazaxıstan) - "Celtic" (Şotlandiya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.
Qeyd edək ki, Elçin Məmmədov bu vəzifəyə qədər AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri işləyib.
