15 avqust 2013 13:05
Kəpəzin sponsoru bəlli oldu
“Kəpəz”in sponsor problemi həllini tapıb. Azerisport.az xəbər verir ki, son illərdə ciddi maliyyə problemləri yaşayan Gəncə təmsilçisini növbəti mövsümdən yeni sponsor maliyyələşdirəcək.
Bu, “Azerinşaat” şirkəitidi. Artıq bununla bağlı bütün məsələlərin razılaşdırıldığı bildirilir.
Qeyd edək ki, yaxın günlərdə “Kəpəz”in yeni baş məşqçisi də müəyyənləşəcək. Çünki son mövsümdə komandanı çalışdıran Mahmud Qurbanov klubla yollarını ayırıb.
