16 avqust 2013 00:49
Qarabağın məşqçisi Eintrachtın oyununa baxmağa gedir
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan “Eintracht” avqustun 17-də Almaniya Bundesliqasında növbəti oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, Frankfurt təmsilçisi 2-ci tur çərçivəsində Bakı vaxtı ilə saat 18:30-da doğma meydanda “Bayern”lə üz-üzə gələcək.
“Qarabağ”ın baş məşqçi Qurban Qurbanov rəqibin oyununa baxmaq üçün Almaniyaya nümayəndə göndərəcək. Belə ki, onun köməkçisi Elçin Rəhmanov bu məqsədlə Frankfurta yollanacaq.
Qeyd edək ki, “Eintracht” avqsutun 22-də Bakıda “Qarabağ”ın qonağı olacaq. “Qarabağ” nümayəndələrinin Frankfurta səfərində məqsəd rəqibin oyununu yaxından izləyib məlumat toplamaqdı.
