16 avqust 2013 01:05
Paytaxt derbisi bir gün əvvələ keçirildi
Topaz Premyer Liqasının 3-cü turunun “Bakı” – “Rəvan” oyunu klubların qarşılıqlı razılığı əsasında 19 avqust tarixindən 18 avqust tarixinə keçirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, buna uyğun olaraq, klubların əvəzedici heyətləri arasında keçiriləcək oyun 18 avqust tarixindən 17 avqust tarixinə keçirilib.
