15 avqust 2013 13:18
Xəzər Lənkəran Bakıya gəldi
"Topaz" Premyer Liqasının 3-cü turunda “Qarabağ”ın qonağı olacaq “Xəzər Lənkəran” bu oyunun Lənkərandakı hazırlığını başa vurub. Azerisport.az xəbər verir ki, bu gün səhər məşqini də tamamlayan komanda günorta saatlarında Bakı şəhərinə yola düşüb.
“Xəzər Lənkəran” paytaxtda məskunlaşaraq “Qarabağ”la matçın son hazırlıqlarını Bakıda davam etdirəcək.
Xatırladaq ki, “Qarabağ” - “Xəzər Lənkəran” matçı avqust ayının 18-də saat 20-də “Baksell Arena”da baş tutacaq.
