15 avqust 2013 13:30
Arif İsayev: Bu mövsüm daha çox oynamaq istəyirəm
Futbol üzrə Azərbaycan millisinin və Türkiyənin “Denizlispor” klubunun yarımmüdafiəçisi Arif İsayev Türkiyə mətbuatına açıqlama verib. Azerisport.az xəbər verir ki, o, komandasının hazırkı durumunu dəyərləndirərkən gənc və güclü bir heyətə sahib olduqlarını bildirib:
“Yaxşı hazırlıq dövrü keçmişik. Komanda yoldaşlarımız əhval-ruhiyyəsi yüksək səviyyədədi. “Denizlispor” bu mövsüm oynayacağı gözəl futbolla adından söz etdirəcək. Bu mövsüm ötən il qarşılaşdığımız şanssızlığı təkrarlamayacağıq və Super Liqaya çıxmaq hədəfinin öhdəsindən gələcəyik. Azarkeşlərimizdən bizi hər matçda dəstəkləmələrini istəyirik. Onların dəstəyi ilə haqq etdiyimiz yerdə olacağıq”.
Ötən mövsüm 12 matçda meydana çıxdığını deyən İsayev bu mövsüm daha çox oynamaq istədiyini bildirib.
