15 avqust 2013 13:43
Xəzər Lənkəranın futbolçusu Bolqarıstan üzərində qələbəyə sevindi
Futbol üzrə Makedoniya yığması növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda Bolqarıstanla qarşılaşıb.
Oyun Makedoniyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu oyunda “Xəzər Lənkəran”ın futbolçusu Nikola Qliqorov da iştirak edib. O, meydana start heyətində çıxıb və 71-ci dəqiqədə əvəzlənib.
