15 avqust 2013 13:57
Əliyev: Bu qolu karyeramın ən baxımlısı hesab etmirəm
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Maltalılarla oyunu necə dəyərləndirə bilərsiz?
- Maraqlı oyun oldu. Qələbə qazandıq. Özü də buna yaxşı nəticə ilə nail olduq. Halbuki, daha çox qol vura bilərdik. Rəqib azlıqda qalandan sonra belə imkanlarımız çox oldu. Böyük hesabla qələbə qazanmaq çox xoşdu. Fikrimcə, bu, İsraillə seçmə mərhələ oyunu öncəsi çox yaxşı bir stimul oldu.

- Kifayət qədər gözəl bir qol vurdunuz. Onu karyeranızın ən baxımlı qolu saymaq olar?
- Nə qədər gözəl alındığını bilmirəm. Şəxsən mən ən baxımlı kimi Şimali İrlandiya ilə səfər matçında vurduğum qolu fərqləndirərdim.

- Komanda yoldaşlarınız həmin epizodda sizdən ötürmə gözləyirdi. Onlara ötürmə etməyi düşünmürdünüz?
- Xeyr. Bu, tamamilə ani baş verdi: gördüm, zərbə endirdim və qol oldu.

- Siz daha çox meydanın dərinliklərindən çıxış edirdiniz. Geridən oynamağı sizdən Berti Foqts tələb etmişdi?
- Bəli, baş məşqçinin göstərişi belə idi.

- Niyə yığmamız seçmə mərhələ oyunlarında da belə çıxış etmir?
- Nə deyəcəyimi bilmirəm. Bu gün uşaqlar öz güclərinə, qələbə qazanacaqlarına inanırdılar. Mümkündü ki, bunun köməyi oldu. Həm də hamı başa düşürdü ki, qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu.

- Azarkeşlərin sayının az olması sizi məyus etmədi?
- Allah eləsin ki, belə uğurlarımızın sayı çox olsun və azarkeşlərlə münasibətlərimiz də yaxşılaşsın. Ümid edirəm ki, növbəti oyunlarda onların sayı daha çox olacaq.