15 avqust 2013 14:15
Bakı yoxlama oyununda qalib gəldi
Topaz Premyer Liqasının növbəti turunun "Rəvan" ilə oyuna hazırlaşan “Bakı” yoldaşlıq oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Birinci Divizion təmsilçisi "Lokomotiv"lə qarşılaşan “zolaqlılar” rəqibi üzərində 1:0 hesablı qələbə qazanıb.
"Bakı"nın start heyəti belə olub: Aqil Məmmədov, Yure Trauner, Vüqar Bəybalayev, Georgias Pelageas, Elvin Əliyev, Rəhman Hacıyev, Cavid Hüseynov, Junior, Vuqar Mustafayev, Marius Pena, Aleksandar Şoliç.
Oyundakı yeganə qolu 43-cü dəqiqədə Cavid Hüseynov vurub.
“Bakı” Tomaz Premyer Liqasının növbəti turuna məşqlərlə davam edəcək.
