15 avqust 2013 15:02
Şahin Diniyev: İsrail millimizə Malta qədər boşluqlar yaratmayacaq
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahn Diniyev Malta ilə yoxlama oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, millimizin 3:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Nəticə yaxşıdı. 3:0 hesablı qələbə İsrail ilə seçmə mərhələ oyunu öncəsi komandanı ruhlandırdı. Lakin bu, o demək deyil ki, Təl-Əvivdəki oyunda da uğurla çıxış edəcəyik. Çünki israillilər yığmamıza bu qədər boşluqlar yaratmayacaqlar. Maltaya üç qol vurduğumuza görə sevinə bilərik. Amma bu, hələ heç nə demək deyil”.