15 avqust 2013 15:24

Yuri Syomin: Qarabağ Eintrachtı keçəcək gücdədi

“Qəbələ”nin baş məşqçisi Yuri Syominin azerisport.az saytına müsahibəsi
 
- “Sumqayıt”la oyunun hazırlıqları necə gedir?
- Qəbələdə məşqlərimizi davam etdiririk. Zədəli oyunçularımız yoxdu. Bu gün yığma komandaya yollanan iki futbolçumuzun düşərgəyə dönməsini gözləyirik.
 
- “Sumqayıt” barədə nə bilirsiz?
- Gənc, iddialı komandadı. Onların “Qarabağ”la oyunlarına baxmışam. Özüm üçün müəyyən nəticələr çıxarmışam. İstənilən halda daha çox öz oyunumuza diqqət yetirməli olacağıq. Biz öz oyunumuzu yaxşılaşdırmağa çalışmalıyıq. Şübhəsiz ki, növbəti qələbə qazanmaq istəyirik.
 
- Komandanızın mövsümə startından razısız?
- Hələ ki, hər şey yaxşı gedir. Biz buna hazır idik. Yaxşı heyətimiz və ehtiyat qüvvəmiz var.
 
- Sizin ümidlərinizi tam doğrulda bilməyənlər var?
- Belə futbolçu komandamda müşahidə olunmur. Demək olar ki, hamı eyni dərəcədə hazırlıqlıdı. Fərdi planda uşaqlar özlərini yaxşı tərəfdən göstərirlər. Qalır sadəcə komanda şəklində çıxışımızı daha da yaxşılaşdırmaq.
 
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı tez-tez yığmanın çalışdırıcısı Berti Foqtsla yanaşı çəkilir, onun milliyə gətiriləcəyi bildirilir. Sizcə, belə xəbərlər gənc mütəxəssisə mane olmur ki?
- İlk növbədə onu qeyd etmək istərdim ki, Qurbanovun çox yaxşı komandası var. Sualınıza gəlincə, bu, daha çox AFFA rəhbərliyinə ünvanlanmalıdı. Hesab edirəm ki, buna mənim münasibət bildirməyim düzgün olmaz. Qurbanova sadəcə bir şeyi arzulaya bilərəm ki, komandası Almaniyanın “Eintracht” klubunu Avroliqanın pley-off mərhələsində mübarizədən kənarlaşdırsın.
 
- Sizcə, Ağdam klubu buna qadirdi?
- Düşünürəm ki, hə. “Qarabağ” hazırda yaxşı kondisiya toplayıb. Rəqib üçün isə mövsüm yenicə başlayıb. Özü də Bundesliqanın ilk turunda darmadağın oldular. Ağdam komandası üçün kifayət qədər keçiləsi bir rəqibdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.