15 avqust 2013 15:31
PFL iki oyunun keçirilmə tarixini dəyişdirdi
Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan “A” milli yığma komandasının DÇ-2014 seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə 7 sentyabr 2013-cü il tarixli oyununu və əvvəlcədən təqvimə əlavə olunmuş qeydi nəzərə alaraq Topaz Premyer Liqasının 5-ci turunun “Qəbələ” – “Xəzər Lənkəran” və “Bakı” – “Neftçi” matçları 1 sentyabr 2013-cü il tarixindən 31 avqust 2013-cü il tarixinə keçirilib. PFL prezidenti Ramin Musayev artıq bu barədə əmr də imzalayıb.
