15 avqust 2013 15:19
Heç-heçələrlə zəngin paytaxt derbisi
Topaz Premyer Liqasının 3-cü turu paytaxt derbisi ilə səciyyələnəcək. Azerisport.az xəbər verir ki, ilk iki turda məğlub olan “İnter” klubu “Şəfa” stadionunda AZAL-ı qəbul edəcək.
Bu komandalar arasında indiyədək keçirilmiş 18 oyundan 10-u heç-heçə ilə başa çatıb. Hərəyə dörd qələbə qazanan komandaların top fərqində üstünlük AZAL-dadır. Komanda AZAL adlanandan bəri “İnter”ə məğlub olmayıb – son 8 qarşılaşmanın 6-sı heç-heçə başa çatıb, iki oyunda isə “təyyarəçilər” qalib gəlib. Komandalar arasında ən populyar hesablar 0:0, 1:0 və 1:1-dir.
|
04.12.2005
|
Olimpik (Bakı) - İnter (Bakı)
|
0:0
|
|
06.05.2006
|
İnter (Bakı) - Olimpik (Bakı)
|
1:0
|
|
23.09.2006
|
İnter (Bakı) - Olimpik (Bakı)
|
0:0
|
|
12.05.2007
|
Olimpik (Bakı) - İnter (Bakı)
|
1:0
|
|
16.09.2007
|
Olimpik (Bakı) - İnter (Bakı)
|
1:0
|
|
28.04.2008
|
İnter (Bakı) - Olimpik (Bakı)
|
2:0
|
|
10.08.2008
|
Olimpik (Bakı) - İnter (Bakı)
|
1:1
|
|
15.02.2009
|
İnter (Bakı) - Olimpik (Bakı)
|
1:0
|
|
13.09.2009
|
İnter (Bakı) - Olimpik-Şüvəlan (Bakı)
|
2:2
|
|
13.12.2009
|
Olimpik-Şüvəlan (Bakı) - İnter (Bakı)
|
0:1
|
|
16.10.2010
|
AZAL (Bakı) - İnter (Bakı)
|
5:0
|
|
11.12.2010
|
İnter (Bakı) - AZAL (Bakı)
|
1:1
|
|
03.04.2011
|
AZAL (Bakı) - İnter (Bakı)
|
1:0
|
|
13.05.2011
|
İnter (Bakı) - AZAL (Bakı)
|
0:0
|
|
17.09.2011
|
AZAL (Bakı) - İnter (Bakı)
|
1:1
|
|
26.11.2011
|
İnter (Bakı) - AZAL (Bakı)
|
1:1
|
|
23.09.2012
|
AZAL (Bakı) - İnter (Bakı)
|
0:0
|
|
09.12.2012
|
İnter (Bakı) - AZAL (Bakı)
|
0:0
|
Qeyd edək ki, “İnter” cari mövsümə uğursuz başlayıb. Ötən çempionatın bürünc mükafatçısı hər iki qarşılaşmada məğlub olub. Həm “Qarabağ”la, həm də “Qəbələ” ilə oyunda Kaxaber Sxadadzenin yetirmələri hesabı açan tərəf olsa da, yekunda komanda məğlub olmuşdu. AZAL isə ilk oyunda “Neftçi”yə məğlub olsa da, ikinci turda minimal hesabla “Bakı”nı üstələmişdi.
