15 avqust 2013 16:50
Milli və beynəlxalq dərəcəli hakimlər üçün seminar keçirilib (FOTO)
Son dövrdə güləş qaydalarında edilən dəyişikliklərlə bağlı AGF Hakimlər Kollegiyasının üzvü olan milli və beynəlxalq dərəcəli hakimlər üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, keçirilmiş seminarda məqsəd milli dərəcəli hakimlərin həvəsini, biliyini və təcrübəsini artıraraq onların arasından beynəlxalq dərəcəli hakimliyə namizədləri müəyyənləşdirmək, eyni zamanda həm milli, həm də beynəlxalq dərəcəli hakimləri yeni güləş qaydaları tanış etməkdir.
AGF Hakimlər Kollegiyasının sədri, Olimpiya dərəcəli hakim Bəhmən Talebi FİLA-nın yeni qaydaları, yeni dəyişiklikləri şifahi, monitor vasitəsilə görüntülü olaraq izah edib.
Daha sonra milli və beynəlxalq dərəcəli hakimlərin hər birinə FİLA-nın yeni qaydalarının əks olunduğu broşür paylanıb.
