15 avqust 2013 17:56
Eintracht Bakıya reys tapa bilmir
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Almaniyanın “Eintrahct” klubu Bakıya səfərlə bağlı problemlə üzləşib. Azerisport.az xəbər verir ki, bu barədə Frankfurt klubunun mətbuat xidmətinin rəhbəri Rut Vaqner yerli mətbuata açıqlamasında məlumat verib:
“İndi yaydı və bu üzdən çarter reysi tapmaq o qədər də asan deyil. Mümkündü ki, biz Bakıya adi reyslə yollanaq. Amma onda da Frankfurta yalnız cümə günü dönə biləcəyik. Bazar günü isə bizi başqa bir səfər oyunu gözləyir”.

Qeyd edək ki, “Qarabağ” – “Eintracht” matçı avqustun 22-də keçiriləcək.