16 avqust 2013 18:26
Qarabağ tam heyətlə ilk məşqə çıxdı
“Qarabağ” tam heyətlə hazırlaşmağa başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 3-cü turunda “Xəzər Lənkəran”ı qəbul edəcək komanda nəhayət bu gündən etibarən tam heyətlə çalışa biləcək.
Milli oyunlar səbəbiylə Azərbaycan, Albaniya, Konqo və Gürcüstan millilərinə göndərdiyi futbolçularından məhrum olan komanda onlara bu gün qovuşub.
Belədə “Qarabağ” 18:30-da başlayacaq məşqə tam heyətlə çıxa biləcək. Məşq Suraxanı qəsəbə stadionunda baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” – “Xəzər-Lənkəran” maçı avqustun 18-də “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.
