16 avqust 2013 18:52
Qara zolaqdan çıxmaq naminə
Topaz Premyer Liqasının 3-cü turunda "Rəvan” "Bakı” ilə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, “aslanlar” bu oyunda "qara zolaq”dan çıxmaq üçün mübarizə aparacaq.
Birincisi, “Rəvan” çempionatın ilk 2 turunda uduzub və daha bir məğlubiyyət yolverilməzdi. İkincisi, bu komanda "Bakı” ilə səfər oyunlarında da 2 dəfə yenilib. Başqa sözlə, bu oyun iki müxtəlif baxımdan 3-cü sınaq olacaq. Yəni, “sarı-qırmızılar” üçün ev oyunlarında uduzmadığı rəqibdən artıq səfərdə də xal(lar) almağın vaxti yetişib.
Paytaxt derbisində həm də "Rəvan” köhnə-yeni baş məşqçisi Vladislav Qədirovun rəhbərliyi altında cari mövsüm ilk oyununa çıxacaq. Elə bu səbədən də futbolçular 42 yaşlı mütəxəssisə startda qələbə hədiyyə etmək istəyir. Qeyd edək ki, bu, Qədirovun "aslanlar”ın baş məşqçisi kimi 42-ci oyunu olacaq. Buna qədər onun başçılığı altında keçirdiyi 41 oyunda 25 qələbə qazanan “Rəvan” 8 dəfə heç-heçə edib, 8 görüşdə yenilib. Sırf Premyer Liqada isə bu göstərici belədi: 12 oyu: +5 =4 -3, top fərqi 15-13, xal 19.
Qeyd edək ki, hər iki komandanın heyətində 1 cəzalı futbolçu var. "Rəvan”da Miloş Adamoviç oyunu buraxacaqsa, "Bakı”da Deyvidas Çesnauski bu tur meydana çəxmayacaq.
