16 avqust 2013 12:06
İnter yalnız Galatasaray və Dinamodan zəif oldu
Məlum olduğu kimi, “İnter” Türkiyədə keçirilən “The children champion cup Lukoil” təsnifat turnirində iştirak edirdi. Azerisport.az xəbər verir ki, turnirin sonuncu turunda təmsilçimiz Gürcüstanın "Dinamo" (Tiflis) klubuyla üz-üzə gəlib.
Bu qarşılaşma "Dinamo"nun 5:0 hesablı qələbəsilə başa çatıb.
Qeyd edək ki, Vaqif Hidayətovun yetirmələri yarışı 3-cü pillədə başa vurublar. 5 matçda 9 xal qazanan "İnter" yalnız turnirin qalibi "Dinamo" və ikinci pilləni tutan "Galatasaray"dan geri qalıb.
