17 avqust 2013 00:06

Topaz Premyer Liqada 3-cü tur həyacanı: ilk üçlük bu dəfə də büdrəməyəcək?

Bu gündən etibarən Topaz Premyer Liqasında 3-cü tur həyacanı start götürür. Azerisport.az xəbər verir ki, üç gün ərzində keçiriləcək beş qarşılaşmanın hamısı Bakı və Sumqayıt şəhərlərinə təsadüf edəcək.
 
Hesabat turuna şənbə günü keçiriləcək “Neftçi” – “Simurq” oyunu ilə start veriləcək. Bu komandalar arasındakı oyunların balansına nəzər saldıqda qonaqların son 8 oyunda qələbə qazana bilmədiklərini görmək olar. Buna qədər keçirilmiş 16 qarşılaşmadan yalnız birində qələbə qazanan Zaqatala təmsilçisi 4 dəfə rəqibi ilə heç-heçə edib. 11 görüşdə də “Neftçi” qələbəyə sevinən tərəf olub. Qeyd edək ki, “Simurq”un “Neftçi” üzərindəki yeganə qələbəsi məhz Bakıda keçirilən oyuna təsadüf edib. Top fərqində də “ağ-qaralar”ın böyük üstünlüyü var: 25-7. Tərəflərin son durumuna gəlincə, hər iki komanda cari mövsümə uğurla başlayıb. Son çempion “Neftçi” ilk iki turda qələbə qazanaraq “Qarabağ” və “Qəbələ” ilə zirvəni paylaşır. İki turda rəqib qapısından 6 qol keçirən paytaxt komandasının qollarının yarısını özbəkistanlı hücumçu Bahodir Nasimov vurub. Rəqibi kimi cari mövsümdə məğlub olmayan “Simurq” isə həm də qapısından qol buraxmayan yeganə komandadı.
 
İkinci oyun gününün ilk matçında iki paytaxt klubu – “Bakı” və “Rəvan”ın qarşı-qarşıya gələcək. Son iki mövsümdə Premyer Liqada 4 dəfə üz-üzə gələn paytaxt klubları bu dəfə turnir cədvəlinin son pillələrini bölüşürlər. Buna qədər keçirilən oyunların ikisində “Bakı” qalib gəlib, digər ikisində isə heç-heçə qeydə alınıb. Bir sözlə, “zolaqlılar” “Rəvan” üçün hələ ki, məğlubedilməz komandadı. Bu dəfə necə olacağı maraqla gözlənilir. Məsələ burasındadı ki, ilk iki turdan sonra uğursuz çıxış edən “Rəvan” baş məşqçi Ramil Əliyevlə yollarını ayırdı. Komandaya yeni təyin olunmuş baş məşqçi Vladislav Qədirov artıq vəzifəsinin icrasına başlayıb. İlk iki turda “Simurq” və “Neftçi” qarşısında 0:2 hesablı məğlubiyyətlər alan “Rəvan” Premyer Liqada qol hesabını açmayan yeganə komandadı. İlk iki turda qələbə və xal üzünə həsrət qalan üç komandadan biri olan “Bakı” da demək olar ki, rəqibi ilə eyni durumdadı. Ötən mövsüm “Rəvan”ın əsas qol ümidlərindən olan Mindauqas Kalonasın bu yay transfer dövründə məhz “Bakı”ya transfer olunduğunu da qeyd etmək lazımdı.
 
Bazar günü daha bir paytaxt derbisi “İnter”lə AZAL arasında baş tutacaq. Bu komandalar arasında indiyədək keçirilmiş 18 oyundan 10-u heç-heçə ilə başa çatıb. Hərəyə dörd qələbə qazanan komandaların top fərqində üstünlük AZAL-dadı. Komanda AZAL adlanandan bəri “İnter”ə məğlub olmayıb – son 8 qarşılaşmanın 6-sı heç-heçə başa çatıb, iki  oyunda isə “təyyarəçilər” qalib gəlib. Komandalar arasında ən populyar hesablar 0:0, 1:0 və 1:1-di. Qeyd edək ki, “İnter” cari mövsümə uğursuz başlayıb. Ötən çempionatın bürünc mükafatçısı hər iki qarşılaşmada məğlub olub. Həm “Qarabağ”la, həm də “Qəbələ” ilə oyunda Kaxaber Sxadadzenin yetirmələri hesabı açan tərəf olsa da, yekunda komanda məğlub olmuşdu. AZAL isə ilk oyunda “Neftçi”yə məğlub olsa da, ikinci turda minimal hesabla “Bakı”nı üstələmişdi.
 
3-cü turun mərkəzi oyununda “Qarabağ” “Xəzər Lənkəran”la qarşılaşacaq. Ötən mövsümün yekunlarına əsasən müvafiq olaraq gümüş və bürünc mükafatçı olan bu iki klub Avropa Liqasına vəsiqə qazanmışdı. “Xəzər Lənkəran” 2-ci təsnifat mərhələsində mübarizəni dayandırsa da, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində düşmək üçün mübarizəni davam etdirir. Komandalar arasında keçirilən oyunların balansına nəzər saldıqda hər iki komandanın 10 dəfə qələbə qazandığını və dörd oyunun heç-heçə ilə başa çatdığını görmək olar. Maraqlı məqamlardan biri son dörd qarşılaşmada səfər komandasının xal qazana bilməməsidi. “Qarabağ” cari çempionatda hamıdan çox – 7 qol vurub. Bu qollardan beşi braziliyalı Çumbinyo (3 qol) və Reynaldonun (2 qol) aktivindədi. “Xəzər Lənkəran” ilk iki oyunda məğlub olmasa da, qələbə qazana bilməyib. Hər iki qarşılaşmada heç-heçə edən cənublular turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar.
 
Turun qapanış matçı bazar ertəsi günü keçiriləcək. “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq. Buna qədər tərəflər arasında keçirilmiş dörd qarşılaşmanın hamısında “Qəbələ” qalib gəlib. Təbii ki, topların fərqi də bölgə təmsilçisinin xeyrinədi – 10-3. İki turdan sonra qapısından hamıdan çox – 6 qol buraxan “Sumqayıt” mövsümün iddialı klublarından olan “Qəbələ” ilə oyuna ciddi itki ilə çıxacaq. Son turda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Vurğun Hüseynov bu tur komandasına kömək edə bilməyəcək. Təcrübəli rusiyalı məşqçi Yuri Syominin başçılığı altında inamlı çıxışı ilə diqqətləri üzərinə çəkən “Qəbələ” ilk turda “Bakı”nı, ötən turda isə “İnter”i məğlub edə bildi. Qeyd edək ki, komanda hər iki oyunda əzmkar oyun göstərdi və oyunların taleyini əvəzetmədən meydana daxil olan oyunçular həll etdi.
 
Topaz Premyer Liqası
3-cü tur
17 avqust (şənbə)
 
21:00. Neftçi – Simurq
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Namiq Bəkirov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Bakcell Arena”.
 
18 avqust (bazar)
 
18:00. Bakı – Rəvan
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Munis Abdullayev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
20:00. Qarabağ – Xəzər Lənkəran
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Mehman Mahmudov, Ramil Diniyev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Bakcell Arena”.

20:00. İnter – AZAL
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Şəfa” stadionu.
 
19 avqust (bazar ertəsi)
 
18:00. Sumqayıt – Qəbələ
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Kərim Ağayev.
Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu.
 
1 Qarabağ 2 2 0 0 7 2 +5 6
2 Neftçi 2 2 0 0 6 1 +5 6
3 Qəbələ 2 2 0 0 5 3 +2 6
4 Simurq 2 1 1 0 2 0 +2 4
5 AZAL 2 1 0 1 2 4 –2 3
6 XL 2 0 2 0 1 1 0 2
7 Sumqayıt 2 0 1 1 2 6 –4 1
8 İnter 2 0 0 2 3 5 –2 0
9 Bakı 2 0 0 2 1 3 –2 0
10 Rəvan 2 0 0 2 0 4 –4 0
 
Bombardirlər:
3 - Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ).
2 - Viktor Mendi (Qəbələ), Reynaldo (Qarabağ), Vaqif Cavadov (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.