17 avqust 2013 00:12
Üç oyun canlı yayımlanacaq
Topaz Premyer Liqasının üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, adları aşağıda göstərilmiş oyunları azarkeşlər televiziya vasitəsilə izləmək fürsəti əldə edəcəklər:
Topaz Premyer Liqası
3-cü tur
17 avqust (şənbə)
“Neftçi” – “Simurq”
Bakı. “Bakcell Arena” stadionu, 21:00 (canlı, “İdman Azərbaycan”)
18 avqust (bazar)
“Qarabağ” – “Xəzər Lənkəran”
Bakı. “Bakcell Arena” stadionu, 20:00 (canlı, “İdman Azərbaycan”)
“Bakı” – “Rəvan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 18:00 (canlı, “İdman Azərbaycan”).
