16 avqust 2013 13:02
“Bizə xal lazım olduğu üçün qələbəyə oynayacağıq”
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının 3-cü turunun “Bakı” oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mən “Bakı” ilə oyunun bir gün əvvələ keçirilməsinin əsl səbəbini bilmirəm. İki klub rəhbərliyi öz aralarında belə razılığa gəliblər. Bu, bizim üçün böyük ölçüdə nəyisə dəyişmir. Komandamı çətin oyun gözləyir. İndiki məqamda bizim üçün bütün oyunlar vacibdi. “Rəvan”a xal və xallar lazımdı. Buna görə də qələbəyə oynayacağıq. Təəssüf ki, “Neftçi” ilə oyundakı qırmızı vərəqə səbəbindən Miloş Adamoviç komandamıza kömək edə bilməyəcək. Aparıcı futbolçunun yoxluğu bizim üçün ciddi itkidi”.