17 avqust 2013 22:52
Neftçi Simurqa qalib gəldi, lider oldu (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 3-cü tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Hesabat turuna “Neftçi” - “Simurq” oyunu ilə start verilib. Son çempion “Neftçi” ilk iki turda qələbə qazanaraq “Qarabağ” və “Qəbələ” ilə zirvəni paylaşırdı. Rəqibi kimi cari mövsümdə məğlub olmayan “Simurq” isə həm də qapısından qol buraxmayan yeganə komandaydı. Lakin paytaxt klubu bölgə təmsilçisinin bu seriyasına son qoyub və rəqibi üzərindəki minimal hesablı qələbə sayəsində vahid liderliyi ələ keçirib.
Topaz Premyer Liqası
3-cü tur
17 avqust
Neftçi – Simurq - 1:0 (1:0)
Qol: E.Ramos, 36.
Sarı vərəqələr: Erik Ramos, 33 (qeyri-idman hərəkəti), Bahodır Nasimov, 47 (qeyri-idman hərəkəti), Mahir Şükürov, 90+2 (qeyri-idman hərəkəti) - Tural Axundov, 45 (sistematik qayda pozuntusu), Dilaver Zrnanoviç, 45+1 (qeyri-idman hərəkəti), Ruslan Poladov, 65 (qeyri-idman hərəkəti), Patrik Osiako, 75 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Elvin Yunuszadə, 42 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Namiq Bəkirov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Bakı. “Bakcell Arena”. 800 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev (28. Emin Mehdiyev, 83), 9. Flavinyo (4. Tərlan Quliyev, 90+1), 14. Bahodir Nasimov (2. Karlos Kardoso, 55), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov.
Məşqçi: Tərlan Əhmədov.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 6. Taqim Novruzov (8. Patrik Osiako, 46), 7. Ruslan Poladov (k) (19. Orxan Səfiyaroğlu, 68), 15. Stepan Polyak (11. Draqan Çeran, 46), 16. Məhərrəm Hüseynov, 18. Tural Axundov, 22. Salif Ballo, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizov, 10. Rəşad Eyyubov, 17. Rüstəm Məmmədov, 30. Raul Kostin.
Baş məşqçi: Georgi Çixradze.
Turun digər oyunları: 18 avqust (18:00. Bakı – Rəvan, 20:00. Qarabağ – Xəzər Lənkəran, 20:00. İnter – AZAL). 19 avqust: (18:00. Sumqayıt – Qəbələ).
| 1 | Neftçi | 3 | 3 | 0 | 0 | 7 | 1 | +6 | 9 |
| 2 | Qarabağ | 2 | 2 | 0 | 0 | 7 | 2 | +5 | 6 |
| 3 | Qəbələ | 2 | 2 | 0 | 0 | 5 | 3 | +2 | 6 |
| 4 | Simurq | 3 | 1 | 1 | 1 | 2 | 1 | +1 | 4 |
| 5 | AZAL | 2 | 1 | 0 | 1 | 2 | 4 | –2 | 3 |
| 6 | XL | 2 | 0 | 2 | 0 | 1 | 1 | 0 | 2 |
| 7 | Sumqayıt | 2 | 0 | 1 | 1 | 2 | 6 | –4 | 1 |
| 8 | İnter | 2 | 0 | 0 | 2 | 3 | 5 | –2 | 0 |
| 9 | Bakı | 2 | 0 | 0 | 2 | 1 | 3 | –2 | 0 |
| 10 | Rəvan | 2 | 0 | 0 | 2 | 0 | 4 | –4 | 0 |
Bombardirlər:
3 - Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ).
2 - Viktor Mendi (Qəbələ), Reynaldo (Qarabağ), Vaqif Cavadov (İnter).
