16 avqust 2013 14:06
Qəbələ xal vermədiyi rəqibə qarşı!
“Qəbələ” Topaz Premyer Liqasının 3-cü turunda - avqustun 19-da “Sumqayıt”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu matç komandalar arasında 5-ci qarşılaşma olacaq.
“Gənclik şəhəri” təmsilçisi “qırmızı-qaralar” üçün ən uğurlu rəqiblərdən sayılır. Belə ki, “Qəbələ” bu rəqiblə əvvəlki oyunların hamısında istisnasız qələbələr qazanıb.
Sözügedən matçların hamısı çempionata təsadüf edib. Həm 2011/12, həm də 2012/13 mövsümünün təsnifat mərhələsində komandalar 2 dəfə üz-üzə gəlib. Heç vaxt kubokda üz-üzə gəlməyən rəqiblərin bütün görüşlərində 3 xalı “Qəbələ” əldə edib.
Maraqlıdır ki, 4 oyunda 4 müxtəlif hesab qeydə alınsa da, qalib dəyişməyib. Müxtəlif hesablı qələbələr qazanan “qırmızı-qaralar” bu matçlarda 10 top vurub və 3-nü buraxıb. Bu qarşılaşmaların birində qəbələlilər böyük hesabla da qalib gəlib.
3-cü dəfə “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” səfər oyunlarında minimal fərqlə qalib gəlir. 2 il əvvəl 2:1 hesabına sevinən qonaqlar ötən il 1 qolla 3 xal əldə etmişdi.
2011/12 14.08.2011 Premyer Liqa Sumqayıt - Qəbələ 1:2
2011/12 04.12.2011 Premyer Liqa Qəbələ - Sumqayıt 3:1
2012/13 26.08.2012 Premyer Liqa Qəbələ - Sumqayıt 4:1
2012/13 08.12.2012 Premyer Liqa Sumqayıt - Qəbələ 0:1
