20 avqust 2013 01:55
Türkiyə çempionatı: Son çempion da da yeni mövsümə qələbə ilə başladı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mövsümün açılış matçında “Antalyaspor” “Erciyesspor”u qəbul edib. Qarşılaşmada hesab açılmayıb.
İkinci oyun günündə “Karabükspor” “Kasımpaşa”ya, “Rizespor” “Genclerbirligi”nə, “Konyaspor” “Fenerbahce”yə qalib gəlib.
Bazar günü “Akhisar BS” “Elazığspor”la, “Eskişehirspor” “Bursaspor”la, “Beşiktaş" isə "Trabzonspor”la qarşılaşmada qələbə qazanan tərəf olub.
Turun qalan görüşləri son oyun günündə keçirilib. “Kayserispor” “Sivasspor”a, “Galatasaray” “Gaziantepspor”a qalib gəlib.
Türkiyə Super Liqası
1-ci tur
16 avqust
Antalyaspor – Erciyesspor – 0:0
17 avqust
Karabükspor – Kasımpaşa - 2:0
Qollar: G.Ünal, 42, LuaLua, 55.
Rizespor – Genclerbirligi - 1:0
Qol: S.Kaya, 31.
Konyaspor - Fenerbahce - 3:2
Qollar: Borek, 76, A.Camdali, 78, R.Aydın, 87 Yobo, 16, E.Belğözoğlu, 27-pen.
18 avqust
Akhisar BS - Elazığspor - 3:1
Qollar: Mezenqa, 45, Niasse, 53, U.Demirok, 90-pen - Sane, 44.
Eskişehirspor – Bursaspor - 2:0
Qollar: Çivelli, 76, Ntsama, 79.
Beşiktaş – Trabzonspor - 2:0
Qollar: O.Şahan, 75, G.Töre, 81.
19 avqust
Kayserispor - Sivasspor - 1:0
Qol: S.Yılmaz, 54.
Galatasaray - Gaziantepspor - 2:1
Qollar: Sneyder, 8, B.Yılmaz, 51-pen - M.Demir, 75.
