16 avqust 2013 13:48

Rasim Ramaldanov: Qisas alınmayana qədər, 0:8-i unutmaq mümkün olmayacaq

Futbol üzrə Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
 
- Bu, sizin Azərbaycan yığması ilə ilk qələbənizdi?
- Çoxdan idi qələbə qazana bilmirdik. Şadam ki, nəhayət buna nail ola bildik. Müdafiədə yaxşı oynadıq. Komanda toparlanmağı bacardı və fikrimcə çox yaxşı futbol sərgilədi. Amma daha çox qol vura bilərdik. İstənilən halda layiqli qələbə qazandığımızı düşünürəm.
 
- Rəşad Sadıqovun yoxluğunda çətin olmadı ki?
- Berti Foqtsun bu oyuna fərqli heyət çıxarması ilə bağlı heç nə deyə bilmərəm. Görünür, sadəcə eksperimentlərə əl atmaq istəyirdi. Amma şübhəsiz ki, Rəşadla oynamaq mənə daha rahatdı. Eyni zamanda Bədavi Hüseynovla da pis anlaşdığımızı deməzdim. O, özünü yaxşı tərəfdən göstərdi. Sadəcə, Sadıqov daha təcrübəli oyunçudu. Kapitana bir qədər istirahət imkanı yaratdılar.
 
- Sizcə, bu oyunla İsraildən xal almaq olar?
- Başa düşürük ki, çətin olacaq. Amma daha yaxşı çalışsaq, müsbət nəticə ilə dönə bilərik.
 
- Azərbaycan komandalarının İsrail təmsilçisi ilə son oyunu yumşaq desək, uğursuz alınıb... (“Xəzər Lənkəran”ın Hayfa “Maccabi”sinə 0:8 hesablı məğlubiyyəti nəzərdə tutulur)
- (gülümsəyir) Mən hələ də bu oyunu xatırlayıram. Onu unutmaq olmur. Yəqin ki, qisas almayana qədər unudulmayacaq. Ümid edirəm ki, İsraillə oyundan bir gün sonra bu, məndə alınacaq.
 
- Premyer Liqanın növbəti turunda “Qarabağ”la qarşılaşacaqsız. Ağdam klubunun üzvləri ilə bu barədə söhbətiniz oldu?
- Zarafatlaşdıq, vəssalam. Amma meydanda zarafat olmayacaq. Bizi çox çətin oyun gözləyir.

- “Xəzər Lənkəran”ı hansı nəticə bu vəziyyətdən çıxara bilər?
- Çətin ki, bir oyunun nəticəsi bizim üçün hər şeyi dəyişsin. Amma indidən hər oyunda xal toplamağımız lazımdı. Bu yolla irəliləyirik. Komanda tədricən özünə gəlir. “Simurq”a qarşı pis oynamadıq. Sadəcə, qol vurmaq mümkün olmadı.
 
- İndiki “Xəzər Lənkəran” “Qarabağ”ı məğlub edəcək gücdədi?
- Oyuna məsuliyyətlə hazırlaşsaq, qələbəni çox istəsək, “Xəzər Lənkəran”ın Azərbaycanda məğlub edə bilmədiyi komanda yoxdu. Amma bütövlükdə heç-heçə də pis nəticə olmazdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.