16 avqust 2013 14:25
Ağasəlim Mircavadov: Əminəm ki, Qurbanov Qarabağdan başqa heç nəyi düşünmür
Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun yığmada Berti Foqtsu əvəzləyəcəyi barədə xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın baş məşqçisi ilə birgə futbola baxırsa, burda nə var ki? Bu, tamamilə normal bir haldı. Bunu mən müsbət hadisə hesab edirəm və heç bir məna axtarmamağı məsləhət görürəm. Vaxtilə Fuad Musayev də futbola mütəxəssislərlə birgə baxmağı xoşlayırdı. Ümid edirəm ki, Qurbanov bu cür söhbətlərə fikir verməyəcək. Hətta ona da əminəm ki, Qurban hazırda “Qarabağ”dan başqa heç nə barədə düşünmür. Çünki onun komandasını Avropa Liqasının qrup mərhələsindən cəmi bir addım ayırır”.