16 avqust 2013 14:43
Con Toşak: Azərbaycan futbolunun səviyyəsi məni təəccübləndirdi
“Xəzər Lənkəran”ın baş məşçqisi Con Toşak Fransanın AFP informasiya agentliyinə açıqlama verib. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssis Lənkərana tez uyğunlaşdığını bildirib:
“Avropanın bir sıra aparıcı klublarını çalışdırmış mütəxəssis üçün Azərbaycan komandası ilə müqavilə bağlamaq karyerasında o qədər də yaxşı hal kimi qiymətləndirilməyə bilər. Amma mənim xarakterim belədi ki, həmişə yeni çağırışlara hazıram. Azərbaycandan təklifi alandan sonra dedim ki, niyə də yox? Bura gələndə Azərbaycan futbolunun səviyyəsinə görüb yaxşı mənada təəccübləndim. Komandamda bir neçə yüksək səviyyəli futbolçu çıxış edir. Lənkəran əvvəl işlədiyim yerlərdən çox fərqlənsə də, uyğunlaşmaqla bağlı problemim olmadı”.
