16 avqust 2013 14:54
Xəzər Lənkəran Baksell Arenada məşq etdi
Dünən Lənkəranda keçirdiyi hazırlığı başa vurub Bakıya yola düşən “Xəzər Lənkəran” bu gün “Baksell Arena”da ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 3-cü turunda “Qarabağ”ın qonağı olacaq komandanın səhər saatlarında baş tutan hazırlığı saat yarım davam edin.
Millimizin Malta ilə qarşılaşması səbəbindən Azərbaycan millisinin düşərgəsində olan futbolçuların da qatıldığı məşqdə taktiki çalışmalar yerinə yetirilib. Sabah isə “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxacaq.
