16 avqust 2013 15:28
“Azərbaycan klublarının büdcəsi 20-30 milyondan çox deyil”
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Fransanın AFP informasiya agentliyinə açıqlama verib. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin rəsmisi klublarımızın büdcəsindən danışıb.
Nadirov bildirib ki, zaman keçdikcə ulduz futbolçular ölkəmizə gələcək: “Avropada büdcəsi 200-300 milyon avro olan klublar var. Onlar hələ də nəsə qazanmaq üçün mübarizə aparırlar. Azərbaycanda isə klubların büdcələri hələ 20, yaxud 30 milyona çatmır. Fikrimcə, Azərbaycan futbolunun səviyyəsinin daha yüksək olacağı vaxt da gələcək. O zaman ulduz futbolçular da ölkəmizə gəlməklə bağlı heç bir şübhə içində qalmayacaq”.
