16 avqust 2013 15:36

Mario Souza: XL yaxın günlərdə yeni transferlər edəcək

“Xəzər Lənkəran”ın tarixində özünəməxsus yeri olan, yaxın keçmişdə bu komandanın şərəfini qorumuş legioner futbolçulardan biri Mario Souza artıq sabiq klubunda yeni işə başlayıb. Azerisport.az xəbər verir ki, öz gözəl oyunu, intizamı və kluba məhəbbəti ilə daim seçilən braziliyalı futbolçu bundan sonra “Xəzər Lənkəran”da seleksiyaçı –məşqçi vəzifəsində çalışacaq.
 
Mario ilk iş günündə klubun rəsmi saytına müsahibə verib.
 
- Mario, öz evinə xoş gəlmisən! Nələr hiss edirsən?
- Tanrıma şükrlər edirəm ki, daha bir arzuma çatdım. Mən cismən “Xəzər Lənkəran”dan ayrılsam da, bütün ruhum komandanın yanında idi. Daim “Xəzər Lənkəran”ın çıxışı ilə maraqlanırdım, buradakı dostlarla əlaqə saxlayırdım. Açığı göyün yeddinci qatındayam və özümü çox xoşbəxt hiss edirəm.
 
- Cənublu azarkeşlər sənin yolunu həsrətlə gözləyirdilər. Yəqin razılaşarsan ki, bu, həm də əlavə məsuliyyətdi...
- Bu sözlə ifadə olunmayacaq qədər fəxr olunası duyğudu. Düşünün ki, bir neçə ildi bir klubda çıxışını başa vursan da, səni azarkeşlər hələ də unutmayıb və səni arzulayır, düşünür və səndən hətta bu gün belə nə isə gözləyirlər. Buna görə də dediyiniz əlavə məsuliyyəti hiss edirəm. Futbolçu kimi “Xəzər Lənkəran”ın uğurlarında necə pay sahibi olmuşamsa, yeni işimdə də sevimli klubuma faydalı olmaq istəyirəm. Öz xarizmam və peşəkar karyeramda qazandığım təcrübəmlə inanıram ki, buna nail olacağam.
 
- Mario Souza hazırkı durumda “Xəzər Lənkəran” üçün nələri etməyi düşünür?
- Bayaq dediyim kimi, müəyyən təcrübəm var və artıq iki ildi ki, menecer kimi fəailiyyət göstərirəm. Çalışacağam ki, “Xəzər Lənkəran”a səviyyəli futbolçuların transfer olunmasına yardımçı olum. Bundan başqa öz təcrübəmi klub rəhbərliyi ilə paylaşıb komandamızın uğura nail olmasına yardımçı olmağı düşünürəm. “Xəzər Lənkəran” rəhbərliyində çox gözəl insanlar toplaşıb və onların komandaya olan dəstəyini futbolçu həmişə hiss edir. Sadəcə hər kəs öz üzərinə düşəni edib meydanda vuruşaraq bu dəstəyin qarşılığını verməlidi. “Xəzər Lənkəran”da klub rəhbərliyi elə bir şərait qurub ki, burada futbolçunun yalnız bir problemi olmalıdı - meydanda “döyüşmək”.
 
- Yeni transferlər nə vaxt olacaq?
- Vaxt çox azdı. Bu gün klub rəhbərliyi və baş məşçi Con Toşakla birlikdə görüşümüz oldu. Lazım olan mövqelərə transferləri müzakirə etdik. Namizəd futbolçular var və sizə deyim ki, elə futbolçular alınmalıdı ki, bura gələn futbolçu “Xəzər Lənkəran”da oynamağı ürəkdən istəsin, bura gəldikdən sonra hər hansı kiçik problemi özünə dərd etməsin. Belə olduğu halda futbolçudan klub da xeyir görür. Adlar açıqlamaq istəmirəm. Yalnız onu deyim ki, transferlər yaxın günlərdə həyata keçiriləcək.
 
- Komandanın baş məşqçisi Con Toşakı necə dəyərləndirirsən?
- Con Toşak dünyada tanınmış yüksək səviyyəli mütəxəssisdi. Belə bir məşqçi ilə çiyin-çiyinə işləməyi özümə fəxr hesab edirəm. Onun təcrübəsi komanda üçün olduqca əhəmiyyətlidi. Toşakla birgə sıx şəkildə çalışacağıq. İstənilən addımda əsas olaraq məhz onun fikirləri götürüləcək. Öz sahəmdə əlimdən gələni edəcəyəm ki, baş məşqçiyə köməklik göstərim, onun ideyalarının reallaşmasında yardımçı olum.
 
- “Xəzər Lənkəran” azarkeşlərinə hər hansı mesajın varmı?
- Onlar həmişə mənim ürəyimdədi. Bu gün komandamız uğursuz qrafik cıza bilər. Amma “Xəzər Lənkəran” azarkeşi elə möhtəşəmdir ki, komandasını tək qoymaz. Belə günlərdə azarkeşi nədəsə qınaya bilməzsən. O, uğur istəyir və bunu gözləyir. Problem komandadadırsa həmin problem həll olunmalıdır. Bununla belə etiraf edim ki, əsl azarkeşdə belə günlərdə bilinir. Uğur, qələbələr zamanı tribunada olmaq, komandanı dəstəkləmək asandır. Qara zolağa düşəndə isə əsl azarkeşə ehtiyacın olur. “Xəzər Lənkəran”ı tək qoymaq olmaz! Hamımız əl-ələ verib “Xəzər Lənkəran”a uğur qazandıracağıq!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.