16 avqust 2013 15:51
Simurq baş məşqçisi ilə 2 illik müqavilə imzaladı
“Simurq” baş məşqçisi Georgi Çixradze ilə müqaviləsini yeniləyib. Azerisport.az xəbər verir ki, bu barədə Zaqatala klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 2011/12-ci il mövsümünün 24-cü turunda rəsmən "Simurq"un sükanı arxasına keçən gürcü mütəxəssis, daha iki il Zaqatala təmsilçisinə rəhbərlik edəcək.
Ötən mövsüm "Simurq"a tarixinin ikinci ən yaxşı nəticəsini qazandıran Georgi Çixradze komandasını Premyer Liqada 43, ölkə kubokunda isə 3 qarşılaşmaya çıxardı. Onun rəhbərliyi altında Zaqatala təmsilçisi çempionatda 16 qələbə, 9 məğlubiyyət, 18 heç-heçə edib. Ölkə kubokunda isə, 1 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət qeydə alınıb.
