16 avqust 2013 16:13
Vaqif Sadıqov: AZAL-a İnterlə oyunda qələbə lazımdı
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 3-cü turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Oyuna çox ciddi hazırlaşırıq. Gözəl başa düşürük ki, “İnter” ilk iki turda məğlub olduğundan bizimlə oyunda rəhbərlik və azarkeşləri qarşısına bəraət qazanmağa çalışacaq. Çox çətin olacaq. Amma biz də oyunumuzu yaxşılaşdırırıq və çalışacağıq ki, özümüzü müsbət tərəfdən göstərək. İlk turda “Neftçi”yə böyük hesabla (1:4) məğlub olsaq da, “Bakı” üzərindəki qələbə (1:0) bizə çox kömək etdi. Xüsusilə də psixoloji baxımdan. AZAL-a xallar və qələbə qazanmaq lazımdı”.