16 avqust 2013 16:36
Qurban Qurbanov: Hazırda ancaq XL-la oyunu düşünürük
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 3-cü turunun “Xəzər Lənkəran”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Rəşadın boynunda zədəsi var. O, həm hazırlaşır, həm də müalicə alır. Hələ ki, vaxt var və oyuna qədər hər şeyin qaydasına düşəcəyinə ümid edirik. Bütövlükdə, hazırlığımız davam edir. Baxmayaraq ki, bu həftə hələ bir dəfə də tam heyətlə hazırlıq keçməmişik. “Xəzər Lənkəran”la oyun üçün start heyətini müəyyənləşdirməmişəm. Öncə bütün futbolçuların son durumunu öyrənməliyəm ki, sonra heyəti müəyyənləşdirmək haqda düşünüm. Hazırda yalnız Premyer Liqanın üçüncü turunun oyunu haqda düşünürük. Bizi heç də sıradan olmayan bir komanda ilə çətin oyun gözləyr. Avropa Liqasının pley-off mərhələsinin “Eintracht”la (Almaniya) oyunu öncəsi uğur qazanmağa çalışacağıq”.