16 avqust 2013 16:57

Azərbaycan - Rusiya matçı Mərkəzi arenada keçirilməyəcək!

Futbol üzrə Azərbaycan millisi oktyabrın 15-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Rusiya yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməyəcək. Azerisport.az saytına bu barədə AFFA-dan məlumat verilib.
 
Məlumatda bildirilir ki, komandamız sentyabrın 11 və 15-də iki rəsmi ev oyunu keçirəcəyindən, həmin görüşlərin ayrı-ayrı arenalarda keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Nəticədə, həm Rusiya, həm də bundan dörd gün öncə keçiriləcək Şimali İrlandiya ilə oyunun “Bakcell Arena”da keçirilməsinə qərar verilib.
 
Qeyd edək ki, komandamız artıq neçənci dəfədi ki, rəqiblərini bu arenada qəbul edir və bu baxımdan 8-ci km-dəki stadionu milli üzvləri üçün doğma saymaq olar. AFFA həmçinin bu arenanın 11 min azarkeş tutumuna malik olduğunu nəzərə alaraq, hər iki rəsmi oyunda tribunaların tam doldurulmasına nail olmaq istəyir. Özü də federasiya bunun üçün xüsusi aksiya həyata keçirəcək. Belə ki, Şimali İrlandiya və Rusiya ilə oyunlar üçün azarkeşlərə eyni biletlər satılacaq. Bu isə o deməkdi ki, irlandlarla görüşü izləmək fürsəti qazanan azarkeş Rusiya ilə oyunda da meydanda olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.