16 avqust 2013 17:10
“Bu oyunla İsraildən xal almaq çox çətin olacaq”
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov futbol üzrə Azərbaycan və Malta yığmaları arasında keçirilmiş yoxlama oyunundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“3:0 hesablı qələbə yaxşı nəticədi. İstənilən halda komanda qələbə qazandı. Amma nəzərə almaq lazımdı ki, rəqib komanda beş aparıcı futbolçusunun xidmətindən yararlana bilmirdi. Bakıya yarıpeşəkar futbolçularla gəlmişdilər. Belə olan halda biz bu qələbəyə görə sevinə bilmərik. Həm də belə oyunla İsraildən xal almaq bizə çox çətin olacaq”.